Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun 3-cü iclası keçirilib

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun 3-cü iclası keçirilib İclas energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə baş tutub
Energetika
18 May , 2021 17:18
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun 3-cü iclası keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun 3-cü iclası keçirilib.

Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, alt İşçi Qrupunun rəhbəri, nazir Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi