Yardımlı və Lerikdə elektrik xətlərində qəzalar baş verib

Yardımlı və Lerikdə elektrik xətlərində qəzalar baş verib Azərbaycanın regionlarında havanın qarlı-şaxtalı keçməsi Yardımlı və Lerik rayonlarında elektrik xətlərində qəzalara səbəb olub.
Energetika
110
24 Mart , 2022 14:05
Yardımlı və Lerikdə elektrik xətlərində qəzalar baş verib

Azərbaycanın regionlarında havanın qarlı-şaxtalı keçməsi Yardımlı və Lerik rayonlarında elektrik xətlərində qəzalara səbəb olub.

"Report" xəbər verir ki, hazırda "Azərişıq" ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq qəzaların nəticələrini aradan qaldırır.

Bununla bağlı yayılmış videogörüntülərdən görünür ki, Yardımlıda "Azərişıq" əməkdaşları 1 metrdən çox hündürlüyü olan qarın içində rayonun Dağ üzü kəndinə gedən yüksəkgərginlikli xətdə baş verən qəzanı aradan qaldırmağa çalışırlar. Məlum hava şəraiti səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti məhdudlaşıb.

Lerikdə isə 35/10 kV-luq yarımstansiyadan çıxan elektrik xəttində kəsinti ilə bağlı qurumun əməkdaşları səfərbər edilib və qəzanın nəticələrini aradan qaldırır.

Son xəbərlər

Orphus sistemi