Bakı. 2 may. REPORT.AZ/ Yaponiya 2020-ci illərin ilk yarısında maye qazın (LNG) ticarəti üçün beynəlxalq platforma yaratmaq niyyətindədir.
"Report"un "RİA-Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın cənub-qərbində yerləşən Kitaküsü şəhərində keçirilən G7 ölkələrinin energetika nazirlərinin iclasında bildirilib.
"Kiodo" agentliyi hesab edir ki, beynəlxalq platformanın yaradılması ilə Yaponiya bu məhsulun əsas istehlakçılarından biri olaraq maye qazın qiymətinin aşağı salınması məqsədi güdür.
Birja ilə yanaşı Yaponiyada böyük həcmdə təbii qaz saxlamaq üçün anbarın tikinitisi də planlaşdırılır.