"Report" xəbər verir ki, tikinti işləri ilə Yaponiyanın "Kyocera Corporation" korporasiyası məşğul olacaq.
Yeni elektrik stansiyasının tərkibinə "Yakamura Dam" su anbarının səthində xüsusi pontonlarda üzəcək təqribən 50 min fotoqalvan modul daxil olacaq.
Fotoqalvan modulları su səthinin 180 min kvadrat metr sahəsini tutacaq. İlkin məlumatlara görə, elektrik stansiyası ildə 15.6 meqavatt/saatdan çox elektrik enerjisi istehsal edə biləcək. Bu yolla təqribən 4 min 700 orta statistik ev təsərrüfatını tam olaraq enerji ilə təchz etmək mümkün olacaq.