Yuxarı

Yapon şirkətləri SOCAR-la əməkdaşlıqda maraqlıdırlar

SOCAR prezidenti Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin Yaponiya tərəfdən həmsədri ilə görüşüb

Bakı. 4 may. REPORT.AZ/ SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin Yaponiya tərəfdən həmsədri, ''Itochu'' korporasiyasının məsləhətçisi Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un məlumatına görə, R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələri üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu nailiyyətlərin qazanılmasında digər tərəfdaşlarla bir sırada Yaponiyanın "Itochu'' korporasiyasının da rolunu qeyd edib. O, ''Itochu''nun Azərbaycanın neft-qaz layihələrinə maraq göstərən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.

SOCAR prezidentinə təşəkkürünü bildirən Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin həmsədri, ''Itochu'' korporasiyasının məsləhətçisi Yoiçi Kobayaşi Bakıya hər səfərindən məmnun qaldığını qeyd edib, ''Itochu'' korporasiyasının Azərbaycanla artıq 20 ildən çoxdur ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, iki şirkətin birlikdə həyata keçirdikləri beynəlxalq layihələr arasında Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrinin önəmini vurğulayıb.

O, ''Itochu'' və digər yapon şirkətlərinin bundan sonra da müxtəlif layihələrdə SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi