Yanvarda Ukrayna Rusiya qazının tranzitini 25% artırıb

Yanvarda Ukrayna Rusiya qazının tranzitini 25% artırıb Bakı. 4 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Ukrayna özünün qaz nəqli sistemi ilə təbii qazın tranzitini 7 mlrd. 610,7 mln. kubmetrə çatdırıb.
Energetika
4 Fevral , 2019 15:43
Yanvarda Ukrayna Rusiya qazının tranzitini 25% artırıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Ukrayna özünün qaz nəqli sistemi ilə təbii qazın tranzitini 7 mlrd. 610,7 mln. kubmetrə çatdırıb.

“Report”un “İnterfax-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu barədə “Ukrtransqaz” şirkətinin hesabatında deyilir. Məlumata görə, bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 25,7% və ya 1 mlrd. 555,2 mln. kubmetr çoxdur.

Agentliyin hesablamasına əsasən, həmçinin yanvarda Ukraynadan Avropaya təbii qazın tranziti 7 mlrd. 227,7 mln. kubmetr, Moldovaya isə 383 mln. kubmetr təşkil edib.

Bildirilir ki, 2018-ci ildə Ukrayna özünün qaz nəqli sistemi ilə təbii qazın nəqlini 2017-ci ilin göstəriciləri ilə müqayisədə 7,1% və ya 6 mlrd. 677,8 mln. kubmetr azaldıb. 2018-ci ildə bu rəqəm 86 mlrd. 779,2 mln. kubmetr təşkil edib. Eyni zamanda Ukraynadan Avropaya qaz nəqli bir il ərzində 83 mlrd. 839,4 mln. kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 7,6% azdır. 2018-ci ildə Moldovaya təbii qaz nəqli 2 mlrd. 939,8 mln. kubmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 8,6% çoxdur.

Qeyd edək ki, “Ukrtransqaz” 100% “Naftoqaz Ukrayna” Milli Səhmdar Şirkətinə məxsusdur. Şirkət magistral qaz kəmərləri sistemini və ölkənin 12 yeraltı qaz anbarını istismar edir. 

Son xəbərlər

Orphus sistemi