Yanvarda SOCAR Ukraynaya aviasiya yanacağı tədarükünü 9 dəfə artırıb

Energetika
  • 14 fevral, 2022
  • 09:59
Yanvarda SOCAR Ukraynaya aviasiya yanacağı tədarükünü 9 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 5,1 min ton aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.

Qeyd olunur ki, bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə 9 dəfə çoxdur. Ötən ay “SOCAR Ukraine” şirkətinin bütün həcmləri Belarusdan tədarük edilib. Hesabat ayına əsasən, Belarusdan Ukraynaya idxal edilən bütün aviasiya yanacağının həcmini Azərbaycan şirkəti gətirib.

Ümumilikdə, yanvarda xarici ölkələrdən Ukrayna bazarına 12,3 min ton aviasiya yanacağ idxal edilib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

Belə ki, ötən ay Litvadan Ukraynaya 5,4 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 83 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti