Noyabrda SOCAR Ukraynaya aviasiya yanacağı tədarükünü 65 % artırıb

Energetika
  • 09 dekabr, 2021
  • 10:45
Noyabrda SOCAR Ukraynaya aviasiya yanacağı tədarükünü 65 % artırıb

Bu ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 11,4 min ton aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.

Bildirilir ki, bu, oktyabr ayı ilə müqayisədə 4,5 min ton və ya 65,2 % çoxdur.

Azərbaycan şirkətinin ölkəyə gətirdiyi aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Belə ki, noyabrda Belarusdan 10,6 min ton, Litvadan isə 0,8 min ton aviasiya yanacağı alınıb.

Ümumilikdə, noyabrda xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 30 % azalaraq 16,5 min ton təşkil edib.

Belə ki, ötən ay Litvadan Ukraynaya 5,8 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin noyabr ayının göstəricisi ilə müqayisədə 58 % çoxdur.

Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 10,7 min ton aviasiya yanacağı tədarük edilib.

Bu ilin yanvar-noyabr aylarında isə Ukraynaya 141,3 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,4 % çoxdur.

Bu ilin 11 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 % azalaraq 51,7 min ton təşkil edib. Bu müddət ərzində Belarusdan Ukraynaya idxal edilən aviasiya yanacağının həcmi təxminən 4 dəfə artaraq 67,1 min ton təşkil edib.

44 - Tezliklə