Yanvarda SOCAR 645 min ton neft hasil edib

Yanvarda SOCAR 645 min ton neft hasil edib Azərbaycan üzrə isə 3,368 mln. ton həcmində neft hasil olunub
Energetika
22 fevral 2017 08:42
Yanvarda SOCAR 645 min ton neft hasil edib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayı ərzində 645,1 min ton həcmində xam neft hasil edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Ötən ay Azərbaycan üzrə ümumilikdə 3 367,5 min ton xam neft hasil edilib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə neft hasilatı 7,522 mln. ton, Azərbaycan üzrə isə 41,034 mln. ton təşkil edib.

Orphus sistemi