Yanvarda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Yanvarda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.
Energetika
7 Fevral , 2019 17:37
Yanvarda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, yanvar ayında Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 30 338 087 kubmetr təşkil edib. Ötən ay üzrə verilən təbii qazın ümumi dəyəri 036 594 manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 793 361 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 94 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 5 616 168 kubmetr, verilən təbii qazın ümumi dəyəri 570 109 manat, daxil olan vəsaitin həcmi 572 607 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,4% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 914 745 kubmetr, verilən təbii qazın ümumi dəyəri 93 392 manat, daxil olan vəsaitin həcmi isə 93 795 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100,4% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 717 750 kubmetr, verilən təbii qazın ümumi dəyəri 171 875 manat, daxil olan vəsaitin həcmi isə 172 179 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 704 245 kubmetr, verilən təbii qazın ümumi dəyəri 170 926 manat, daxil olan vəsaitin həcmi isə 171 278 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 2 944 819 kubmetr, verilən təbii qazın ümumi dəyəri 294 568 manat, daxil olan vəsaitin həcmi 294 668 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,0% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 368 215 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 36 822 manat, daxil olan vəsaitin həcmi 36 853 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,1% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 230 953 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 123 095 manat, daxil olan vəsaitin həcmi 123 104 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Yanvarda Babək rayonu verilən təbii qazın ümumi həcmi 2 993 878 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 313 080 manat, daxil olan vəsaitin həcmi 313 087 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Bu ilin yanvar ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarınaverilən təbii qazın ümumi həcmi 12 847 405 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 2 262 727 manat, daxil olan vəsaitin həcmi 2 015 790 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 89,1% olub.

Son xəbərlər

Orphus sistemi