Yanvarda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait məlum olub

Yanvarda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait məlum olub Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Energetika
7 Fevral , 2019 17:53
Yanvarda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait məlum olub

Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, yanvar ayında Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 23 986 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 1 970,1 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 1 897,9 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 96,3 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 541 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 262,3 min manat, daxil olan vəsaitin həcmi 262,3 min manat, elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 431 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 30,4 min manat, daxil olan vəsaitin həcmi isə 30,4 min manat təşkil edib. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 868 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 61,6 min manat, daxil olan vəsaitin həcmi isə 61,6 min manat olub. Culfada elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 040 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 73,2 min manat, daxil olan vəsaitin həcmi isə 73,2 min manat olub. Ordubadda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 913 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 135,1 min manat, daxil olan vəsaitin həcmi 135,1 min manat təşkil edib. Şərurda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 213 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 15 min manat, daxil olan vəsaitin həcmi 15 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 724 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 51 min manat, daxil olan vəsaitin həcmi 51 min manat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Yanvarda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 649 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 116,9 min manat, daxil olan vəsaitin həcmi 116,9 min manat olub. Bu rayonda da elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin ilk ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 13 607 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 224,6 min manat, daxil olan vəsaitin həcmi 1 152,4 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 94,1% olub.

Son xəbərlər

Orphus sistemi