Yanvarda Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dək artıb

Energetika
  • 16 fevral, 2022
  • 13:02
Yanvarda Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dək artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 674,6 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə ötən ilin yanvar ayı ilə müqayisədə 3,5 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 45,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 1 milyard 683,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 4,7 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti