Yuxarı

Yanvarda “Azneft” 537,4 min ton neft və 438 mln. kubmetr qaz hasil edib

Yanvarda “Azneft” 537,4 min ton neft və 438 mln. kubmetr qaz hasil edib
Azneft yanvarda plandan artıq neft hasil edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 537,406 min ton neft, 438,3 mln. kubmetr qaz hasil olunub. Bu barədə “Report”a “Azneft”dən bildirilib.

Qeyd olunub ki, ötən ay 535,040 min ton plana qarşı 537,406 min ton neft hasil edilərək plana 100,4% əməl olunub, qaz hasilatı planı da yerinə yetirilib: “Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasilatını həyata keçirən “Azneft” 2017-ci ilin ilk ayında əldə etdiyi hasilat göstəriciləri ilə yeni ilə uğurlu başlanğıc edib. Ümumilikdə, Birlik cari ilin ilk ayında neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və uğurlu qazma əməliyyatları aparılmaqla artıma nail olub. Bununla yanaşı, “Azneft” İstehsalat Birliyi kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb”.

Məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla start götürüb. “Cari ilin yanvar ayı ərzində uğurlu qazma işləri həyata keçirilib, “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında planlaşdırıldığı kimi 4 yeni quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 343 ton neft hasil edilib”, - İstehsalat Birliyindən qeyd olunub.

Məlumata əsasən, ötən ay fəaliyyətsiz quyu fondundan 2 quyu planlaşdırıldığı halda, 11 quyu istismara qaytarılıb. Bu quyulardan 663 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 1 236 ton neft alınıb: “Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün səmərəli geoloji-texniki tədbirlər aparılmaqla yanvar ayında 55 geoloji tədbir keçirilib, nəticədə 4 401 ton neft hasil edilib ki, bu da plana qarşı 15 tədbir çox və 2 871 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 3 047 ton plana qarşı 3 568 ton neft hasil edilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi