Yanvarda Azərbaycan Ukraynadan antifriz idxalını 13 dəfə artırıb
- 19 mart, 2022
- 12:45
Bu ilin yanvar ayında Azərbaycan xaricdən 471 min ABŞ dolları dəyərində 382,76 ton antifriz və donmaya qarşı hazır maye alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.
Hesabat dövründə Ukrayadan 130,72 min ABŞ dolları dəyərində 162,83 ton, Rusiyadan 109,6 min ABŞ dolları dəyərində 106,72 ton, Almaniyadan 100,13 min ABŞ dolları dəyərində 31,82 ton, Türkiyədən 46,21 min ABŞ dolları dəyərində 25,8 ton, Belçikadan 41,02 min ABŞ dolları dəyərində 23,55 ton məhsul gətirilib.
2021-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 13 dəfə və 8,1 dəfə artıb, Rusiyadan – 16,8 % və 40,1 % azalıb, Almaniyadan – 85,2 % və 34,8 % artıb, Türkiyədən - 12,2 % artıb və 30,6 % azalıb, Belçikadan - 59 % və 57,4 % azalıb.