Yanvarda Azərbaycan İsrailə neft satışını 37 % artırıb
- 19 fevral, 2024
- 09:29
Bu ilin yanvar ayında Azərbaycandan İsrailə 523 min 553,89 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 296 milyon 946,74 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 37,08 %, dəyəri isə 25,26 % çoxdur.
İsrailə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 8,72 % olub.
Bu ilin yanvar ayında isə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 863 milyon 453,88 min ABŞ dolları dəyərində 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İsrailə 2 milyon 270 min 342,65 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri 1 milyard 394 milyon 267,62 min ABŞ dolları təşkil edib.