Yanvarda ARDNF AÇG-dən gəlirlərini 2,8 dəfə artırıb

Energetika
  • 04 fevral, 2022
  • 07:58
Yanvarda ARDNF AÇG-dən gəlirlərini 2,8 dəfə artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 683,114 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 438,168 milyon ABŞ dolları və yaxud 2,8 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 244,946 milyon ABŞ dolları təşkil edir.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 156,056 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti