Azərbaycan Gürcüstana 580 milyon kubmetrə yaxın qaz tədarük edib
- 23 iyul, 2024
- 13:25
Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstana 578 milyon 775,1 min kubmetr qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Gürcüstana 98 milyon 762,29 min ABŞ dolları dəyərində Azərbaycan qazı tədarük edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 1,7 dəfə, dəyər ifadəsində 1,9 dəfə azalıb.
Azərbaycandan qaz ixracının 5,8 %-i Gürcüstanın payına düşüb.
Ümumilikdə, bu ilin ilk beş ayı ərzində Azərbaycan 3 milyard 451 milyon 136,68 min ABŞ dolları (51,4 % az) dəyərində 9 milyard 912 milyon 607,09 min kubmetr qaz (artım 5,9 %) ixrac edib. Qaz 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana tədarük edilib.
2023-cü ildə Azərbaycan Gürcüstana 346 milyon 624,96 min ABŞ dolları (0,9 % az) dəyərində 2 milyard 148 milyon 664 min kubmetr (16,8 % az) qaz ixrac edib.