Yuxarı
    Bağlamaq

    ​Yanvar ayında təyyarə yanacağının bir tonunun qiyməti 495 dollar olub

    1% kükürdlü mazutun qiyməti isə 252,36 dollar olub

    Bakı. 2 fevral. REPORT.AZ/ 2015-ci ilin yanvar ayında təyyarə yanacağının bir metrik tonunun qiyməti 494,90 ABŞ dolları olub. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu "Platts European Marketscan" nəşrində FOB MED (İtaly) başlığı altında dərc olunmuş neft məhsullarının dünya bazarı kotirovkalarında göstərilib.

    Məlumatlara görə, ötən ay etilləşdirilməmiş benzinin qiyməti 467,99 dollar, dizel yanacağının qiyməti 449,45 dollar, 1% kükürdlü mazutun qiyməti isə 252,36 dollar olub.

    "Platts Crude Oil Marketwire" nəşrinə görə, bu ilin yanvarında "BTC FOB CEYHAN" tipli xam neftin bir barelinin qiyməti 49,53 ABŞ dolları olub. Nəşr Brent (DTD) tipli xam neftin qiymətinin 47,86 dollar, Urals (MED) tipli xam neftin dəyərinin isə 47,03 dollar olduğunu açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi