Azərbaycan qazının ixracının 4 %-dən çoxu Yunanıstanın payına düşüb
- 24 iyun, 2024
- 09:13
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 315 milyon 162,58 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Yunanıstana tədarük edilən Azərbaycan qazının dəyəri 132 milyon 708,89 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 32,3 % və ya 76 milyon 904,62 min ABŞ dolları artıb. Dəyər ifadəsində isə 65,7 % və ya 251 milyon 405,75 min ABŞ dolları azalıb.
Ümumilikdə, 2024-cü ilin ilk dörd ayında Azərbaycan 2 milyard 758 milyon 782,82 min ABŞ dolları (49,1 % az) dəyərində 7 milyard 706 milyon 860,61 min kubmetr qaz (18,3 % çox) ixrac edib. Bu dövrdə Azərbaycan qazının bütün ixracının 4,1 %-i Yunanıstana tədarük edilib.
2023-cü ildə Azərbaycan Yunanıstana 900 milyon 286,15 min ABŞ dolları (21,2 % az) 1 milyard 117 milyon 467,2 min kubmetr qaz (43,4 % çox) həcmində qaz ixrac edib.
Azərbaycan qazının Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürmə qabiliyyəti 12 milyard kubmetri ötüb. Bu göstərici 2027-ci ilin sonunadək isə 20 milyard kubmetrə çatdırılacaq.