Yuxarı

​Xoşbəxt Yusifzadə: "Neftin qiymətinin düşməsi bəzi xərcləri azaldacaq"

SOCAR-ın vitse-prezidenti: 60 dollar/barel aşağı qiymət deyil

Bakı. 11 mart. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsi bu sahədə bəzi xərcləri azalda bilər. "Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadə neftin qiymətinin düşməsinin normal proses olduğunu qeyd edib: "1994-cü ildə "Əsrin müqaviləsi" imzalanan zaman neftin 1 barelinin qiyməti 16 dollar olub. Sonradan neftin qiyməti 16 dollardan 110 dollara qədər qalxdı. Neftin qiymətinin qalxması kimi, düşməsi də normaldır və 16 dollarla müqayisədə 60 dollar/barel aşağı qiymət deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi