Xırdalanda yeni qaz kəməri istifadəyə verilib

Xırdalanda yeni qaz kəməri istifadəyə verilib Abşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2 800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşüb.
Energetika
25 Oktyabr , 2019 15:31
Xırdalanda yeni qaz kəməri istifadəyə verilib

Abşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2 800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, tez-tez qaz sızmaları baş verirdi və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Bu ilin avqust ayından həmin qaz kəmərinin diametri 400 mm olan polietilen borularla əvəz olunmasına başlanılıb.

Qeyd olunub ki, qaz kəməri 3 yerdə dəmir yolu, 1 yerdə Bakı-Şamaxı avtomagistralı və 3 yerdə Xırdalan şəhərinin daxili küçə avtomobil yolları ilə kəsişməklə yeraltı çəkilib. Bu gündən işə salınacaq yeni kəmər Xırdalan şəhərində 35 min abonentin və sənaye obyektlərinin normal təzyiqdə qazla təmin etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi