Xırdalanda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Xırdalanda elektrik enerjisinin verilişində fasilələr yaranacaq Bu, 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə bağlıdır
Energetika
10 Oktyabr , 2017 11:46
Xırdalanda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-12-də saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllərdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 

Bu barədə "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb "Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə “Azərişıq” İstehlakçılardan üzr istəyir.

Son xəbərlər

Orphus sistemi