Xidmət rəsmisi: "Laçında 80 milyon kVt/s-dan çox "yaşıl enerji" istehsal olunub"

Xidmət rəsmisi: "Laçında 80 milyon kVt/s-dan çox "yaşıl enerji" istehsal olunub" Laçın rayonunda 80 milyon kilovat/saatdan (kVt/s) çox "yaşıl enerji" istehsal olunub.
Energetika
15 Oktyabr , 2024 15:40
Xidmət rəsmisi: Laçında 80 milyon kVt/s-dan çox yaşıl enerji istehsal olunub
Tofiq İslamov

Laçın rayonunda 80 milyon kilovat/saatdan (kVt/s) çox "yaşıl enerji" istehsal olunub.

"Report" xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, "yaşıl enerji" strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları yaradılıb və yaradılır: "Bunun nəticəsində 20 milyon kubmetrdən çox təbii qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasınınn qarşısı alınıb. COP29 planına uyğun olaraq, bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı təmin edən hibrid-günəş lampaların istifadəsində öz əksini tapır".

Xidmət rəsmisi qeyd edib ki, ümumilikdə Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb: "9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub".

Son xəbərlər

Orphus sistemi