XİN başçısı: “Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar”

XİN başçısı: “Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar” Tbilisi. 30 noyabr. REPORT.AZ/ “Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji ilə təminatında mühüm rol oynayırlar. Gürcüstan da Avropanın enerji tələbatının ödənilməsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır”.
Energetika
30 Noyabr , 2017 17:07
XİN başçısı: “Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar”

Tbilisi. 30 noyabr. REPORT.AZ/ “Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji ilə təminatında mühüm rol oynayırlar. Gürcüstan da Avropanın enerji tələbatının ödənilməsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Enerji Xartiyasının 28-ci konfransındakı çıxışında deyib.

O, enerjinin regiondan Avropaya ötürülməsində Cənub-Qafqaz və Transadriatik qaz boru kəmərlərinin rolunun xüsusi qeyd edib.

M.Canelidze enerji sahəsində birgə mexanizmin yaradılması üçün həyata keçirilən işlərin iştirakçı dövlətlər tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi