"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tend
Energetika
1 Mart , 2024 16:49
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tender keçiriləcək.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclasında verilib. .

İclasda "CESI" şirkəti tərəfindən layihənin Texniki-İqtisadi Əsaslandırmasına (TİƏ) başlanması yüksək qiymətləndirilib. "CESI"nin koordinasiyası, Rumıniya və Macarıstan ötürücü sistem operatorlarının dəstəyi ilə PMI (birgə maraq kəsb edən layihələr) statusu ilə bağlı müraciət istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian Burduja, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibinin müavini Csaba Marosvarı təmsil edib.

Görüşdə, həmçinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson, Bolqarıstanın energetika nazirinin müavini İva Petrova, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, ölkələrin ötürücü sistem operatorları, müvafiq qurumları iştirak edib.

Tədbirdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji dəhlizi ilə bağlı təşəbbüsə dəstək ifadə olunub. Regional enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsi istiqamətində dialoq və əməkdaşlığı davam etdirmək razılaşdırılıb.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Son xəbərlər

Orphus sistemi