Xəyal Cəfərov: "Azərbaycanın azot gübrəsi idxalından asılılığı aradan qaldırılıb"

Xəyal Cəfərov: "Azərbaycanın azot gübrəsi idxalından asılılığı aradan qaldırılıb" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun istifadəyə verilməsi ölkədən gedən valyuta axının qarşısı alınıb.
Energetika
25 Fevral , 2022 13:59
 Xəyal Cəfərov: Azərbaycanın azot gübrəsi idxalından asılılığı aradan qaldırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun istifadəyə verilməsi ölkədən gedən valyuta axının qarşısı alınıb.

“Report”un məlumatına görə, bunu SOCAR-ın Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bu gün əminliklə demək olar ki, ölkədə azot gübrələrinə olan tələbatın 90 %-ini Karbamid zavodu təmin edir: “Karbamid zavodunun istehsala buraxılması ilə karbamid gübrəsinin xaricdən idxalı dayandırılıb. Bundan başqa, digər azot gübrələrinə olan tələbat kəskin formada aşağı salınıb”.

X. Cəfərov bildirib ki, karbamid zavodunun istehsala buraxılmasında əsas töhfə xaricdən gübrənin alınması üçün sərf olunan xarici valyutanın axını azalıb: “Bundan başqa, ölkəyə 100 milyon ABŞ dollardan çox vəsait daxil olub”.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi