Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq “Azəriqaz” aparılan işlərin gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacağını açıqlayıb
Energetika
9 Fevral , 2017 19:52
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Bakı. 9 fevral. REPORT. AZ/ Bakının Xətai rayonunun Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində fevralın 10-da saat 09:00-dan 17:00-dək təbii qazın verilişində fasilələr yaranacaq. 

“Report” xəbər verir ki, fasilə Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən “Şərq-Qərb Mülk” MTK-ya məxsus 408 mənzilli yaşayış binasının qazanxanasına təbii qazın verilməsi ilə bağlı, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

“Azəriqaz” İstehsalat Birliyi aparılan işlərin gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacağını açıqlayıb.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi