Xətai rayonunun bəzi hissələrinin qaz təchizatında məhdudiyyət olacaq

Xətai rayonunun bəzi hissələrinin qaz təchizatında məhdudiyyət olacaq Bakı. 21 noyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Energetika
21 Noyabr , 2017 19:10
Xətai rayonunun bəzi hissələrinin qaz təchizatında məhdudiyyət olacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilələr Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi