Xalik Məmmədov: “SOCAR enerji şirkətləri sırasında özünə layiqli yer tutub”

Xalik Məmmədov: “SOCAR enerji şirkətləri sırasında özünə layiqli yer tutub” Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin İnsan resursları departamentinin 10 illik fəaliyyəti ilə bağlı 32 QHT nümayəndəsi ilə onlayn görüş keçirilib
Energetika
7 May , 2021 17:46
Xalik Məmmədov: “SOCAR enerji şirkətləri sırasında özünə layiqli yer tutub”
Xalik Məmmədov

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentinin 10 illik fəaliyyəti ilə bağlı 32 QHT nümayəndəsi ilə onlayn görüş keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, iştirakçıları salamlayan SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin insan resurslarının idarə edilməsi sahəsində 10 il ərzində aparılmış islahatlardan bəhs edib.

O bildirib ki, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu hədəflərə uyğun olaraq, SOCAR böyük inkişaf yolu keçib, apstrim fokuslu milli neft şirkətindən tam inteqrasiya olunmuş neft və qaz şirkətinə çevrilmiş, beynəlxalq enerji şirkətləri sırasında özünə layiqli yer tutub. Biz 10 il əvvəl aparıcı neft şirkətlərinin təcrübəsinə əsaslanaraq, İnsan Resursları Departamentini yaratdıq və dünyanın aparıcı universitlərində bu sahədə yüksək səviyyəli müasir təhsil almış, tərəfdaş transmilli şirkətlərdə təcrübə keçmiş gənc milli kadrlarla komplektləşdirdik. İlkin olaraq, vakansiyaların idarə olunması, yeni işçilərin axtarılması, seçilməsi, işə qəbulu prosesləri mərkəzləşdirildi. SOCAR dövlət şirkəti və ölkənin ən böyük işəgötürənlərdən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar vətəndaş cəmiyyətinin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin müzəffər siyasi kursunu rəhbər tutaraq dövlət qurumlarının vətəndaş cəmiyyəti qarşısında hesabatlı olması prinsipi bizim sizinlə qarşılıqlı münasibətlərimizin əsasını təşkil edir və şəffaflığa xidmət edir.”

SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli strukturun 10 illik fəaliyyətinə həsr olunmnuş təqdimatla çıxış edib. O, 2011-2021-cu illər ərzində şirkətin insan resurslarının idarəolunması sahəsində əsas fəaliyyət göstəricilərindən danışmış, səriştələrin, effektivliyin, təlim və inkişafın, işə qəbulun mərkəzləşdirilməsi, adaptasiya və yerləşdirmənin idarə edilməsindən, işçilərlə əlaqələrin effektiv təşkili və işçi portalının yaradılmasından, təcrübə və təqaüd proqramlarının təşkilindən, kadr ehtiyat bazasının formalaşdırılması və proqram təminatına inteqrasiya ediməsindən, vəzifə və peşələr üzrə test bankının yaradılmasından və testləşdirmənin avtomatlaşdırılmasından ətraflı bəhs edib.

Qeyd olunub ki, struktur dəyişiklikləri zamanı, xüsusən də son dövrdə hasilat və qazma işlərinin azaldılması ilə əlaqədar olaraq, işçilərin mövcud vakansiyalar üzrə yerləşdirilməsi qiymətləndirmə əsasında aparılır. Daha səriştəli personal müvafiq struktur bölmələrində saxlanılır və inkişaf etdirilir. Boşdayanmaya məruz qalan işçilər isə SOCAR-ın müvafiq yardım proqramı çərçivəsində şirkətdən maddi təminat almağa davam edir. Onlar ixtisasartırma və ixtisasdəyişmə təlimlərinə cəlb olunur, daha sonra şirkət daxilində alternativ vakansiyalar üzrə dayanıqlı işlə təmin olunur. Bu proseslərdə obyektivliyin təmin edilməsi şirkətin əsas hədəflərindəndir.

2020-ci ildə SOCAR-ın kəşfiyyat, hasilat və qazma sahəsində çalışan ümumilikdə 9230 əməkdaş qiymətləndirməyə cəlb olunub. 2021-ci ildə struktur dəyişikliyi ilə bağlı işçilərdən 46 nəfər digər müəssislərdə yerləşdirilib, 211 nəfər proqrama qoşulub və onlardan 17 nəfər artıq işlə təmin olunub. Proqrama qoşulan digər şəxslərin dayanıqlı işlə təmin olunması və yeni iş sahələrinə inteqrasiyası üçün müvafiq təlimlər təşkil olunur.

QHT nümayəndələri İnsan Resursları Departamentinin 10 illik fəaliyyəti dövründə şəffaflığa xüsusi diqqət yetirildiyini bildirmiş, gələcəkdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bəzi təkliflər səsləndirmiş, ictimaiyyəti maraqlandıran məsələlər ətrafında SOCAR nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi