Xaçmazın daha bir qəsəbəsinə ilk dəfə təbii qaz verilib

Xaçmazın daha bir qəsəbəsinə ilk dəfə təbii qaz verilib Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Dalğalı qəsəbəsinə təbii qaz verilib.
Energetika
5 İyul , 2018 12:04
Xaçmazın daha bir qəsəbəsinə ilk dəfə təbii qaz verilib
azeriqaz104.az
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun Dalğalı qəsəbəsinə təbii qaz verilib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, 83 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunub ki, hazırda Xaçmaz rayonunun Turist qəsəbəsi və Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi