Xaçmazda elektrik enerjisinin verilişi bərpa edilib

Xaçmazda elektrik enerjisinin verilişi bərpa edilib
Energetika
118
7 Mart , 2020 11:21
Xaçmazda elektrik enerjisinin verilişi bərpa edilib

Ötən gecə Xaçmaz rayonu ərazisində başlayan güclü külək qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub: "Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunu Dədəli kəndi istisna olmaqla bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə Dədəli kəndinə də elektrik enerjisinin verilişi bərpa olunacaq".