Xaçmazda 80 abonentin qaz təminatı dayandırılıb

Xaçmazda 80 abonentin qaz təminatı dayandırılıb Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.
Energetika
23 oktyabr 2019 06:00
Xaçmazda 80 abonentin qaz təminatı dayandırılıb

Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda 80 abonentin qaz təminatı dayandırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.

Orphus sistemi