Yuxarı

​Xaçmaz, Zaqatala və Oğuz rayonlarının 3 kəndinə təbii qaz verilib

Tədbirlərdə rayon icra hakimiyyətinin və Azəriqaz İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 23-də Xaçmaz rayonunun Manafoba, Oğuz rayonunun Bayan, həmçinin Zaqatala rayonunun Yengiyan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

146 abonenti olan Xaçmaz rayonunun Manafoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 040 metr uzunluğunda müxtəlif diametrli polietilen, 11 100 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 146 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

411 abonenti olan Oğuz rayonunun Bayan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 829 metr uzunluğunda müxtəlif diametrli polietilen, 32 719 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 411 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

319 abonenti olan Zaqatala rayonunun Yengiyan kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 9 291 metr uzunluğunda müxtəlif diametrli polietilen, 18 208 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 319 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi