Yuxarı

Xaçmaz və Salyan rayonlarının daha iki kəndinə qaz verilib

Nəticədə, 336 abonent qazla təmin olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Qədmalıqışlaq kəndinə ilk dəfə, Salyan rayonunun Birinci Varlı kəndinə isə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayonların icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 110 abonenti olan Qədmalıqışlaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 7 678 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Salyan rayonunun 256 abonentlik Birinci Varlı kəndinə təbii qazın verilişinin bərpası ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 21 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi