Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Hacıqurbanoba və Gəncəli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumilikdə, 227 abonenti olan Hacıqurbanoba və Gəncəli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 22 363 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə 142 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

