​WTI neftinin qiyməti 2015-ci ilin noyabrından bu yana ilk dəfə 48 dolları ötüb

​WTI neftinin qiyməti 2015-ci ilin noyabrından bu yana ilk dəfə 48 dolları ötüb Bu markalı neftin iyun fyuçersləri bir barelə görə 0,9% artıb
Energetika
17 May , 2016 06:29
​WTI neftinin qiyməti 2015-ci ilin noyabrından bu yana ilk dəfə 48 dolları ötüb

Bakı. 17 may. REPORT.AZ/ Neftin dünya qiymətləri bazar ertəsi fəal şəkildə artmaqda davam edib.

"Report" xəbər verir ki, Nyu-York və Londonun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı WTI markalı neftin qiyməti 2015-ci ilin 4 noyabr tarixindən bu yana ilk dəfə 1 barelə görə 48 dollar göstəricisini ötüb.

Yerli vaxtla saat 05:40-a olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qarışığının iyul fyuçerslərinin qiyməti 0,2% artaraq bir barel üçün 49,20 dollar təşkil edib.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 0,9% artaraq bir barelə görə 48,15 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi