Neftin qiyməti artır

Neftin qiyməti artır "Brent" markalı neftin qiyməti 67,5 dollar/barelə çatıb
Energetika
13 May , 2015 08:13
Neftin qiyməti artır

Bakı. 13 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,19% yaxud 2,48 dollar bahalaşaraq 61,73 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də müsbət dəyişiklik müşahidə olunub.

Belə ki, bu markalı neftin qiyməti 2,93% yaxud 1,92 dollar artaraq 67,46 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 70 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi