WTI markalı neftin qiyməti 50 dollardan aşağı düşüb

WTI markalı neftin qiyməti 50 dollardan aşağı düşüb Gələn həftədən etibarən neft yüksələ bilər
Energetika
9 Mart , 2017 19:30
WTI markalı neftin qiyməti 50 dollardan aşağı düşüb
conrtesy image

Bakı. 9 mart. REPORT.AZ/ WTI və ya Texas markalı neftin qiyməti 2016-cı il dekabrın 15-dən bu günədək olan dövrdə ilk dəfə 50 dollar/bareldən, "Brent" markalı neft isə ucuzlaşaraq 52 dollar/bareldən aşağı düşüb.

"Report" xəbər verir ki, buna səbəb dünən açıqlanan ABŞ neft ehtiyatları göstəricisinin kəskin artması və ABŞ dolların möhkəmlənməsidir. Qeyd edək ki, investorlar martın 14-15-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini artırması qərarına əmin gözü ilə baxırlar. Bu da öz növbəsində dolların qlobal valyuta bazarlarında güclənməsinə gətirib çıxarıb. Belə ki, hazırda əsas valyuta cütlüyü olan USD/EUR 1,05 səviyyəsinə qədər geriləyib.

"Report"un analitik qrupu bildirir ki, FED iclasına qədər WTI markalı neft 47 dollar/barel, "Brent" markalı neft isə 50 dollar/barelə qədər enə bilər. İclasdan sonra isə dolların qlobal valyuta birjalarında ucuzlaşması gözlənilir ki, neft qiymətləri də bu fonda artmağa başlayacaq. 

Son xəbərlər

Orphus sistemi