Vyetnam regionun ən böyük neft emalı zavodlarından birinin istismarını təxirə salıb

Vyetnam regionun ən böyük neft emalı zavodlarından birinin istismarını təxirə salıb Kompleks bu ilin III rübündə kommersiya istismarına verilməli idi
Energetika
16 May , 2017 16:18
Vyetnam regionun ən böyük neft emalı zavodlarından birinin istismarını təxirə salıb

Bakı. 16 may. REPORT.AZ/ Vyetnam Asiya-Sakit Okean regionunda ən böyük neft kimya komplekslərindən biri olacaq ölkənin mərkəzi əyaləti Txanxoada yerləşən "Nqişon" Neft Emalı Zavodunun (NEZ) istismara verilməsini müəyyən müddətə təxirə salıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Tuoyçe” qəzeti hökumətə istinadən xəbər yayıb.

Kompleks bu ilin III rübündə kommersiya istismarına verilməli idi. Qəzetin məlumatına görə, sınaq istismarı zamanı meydana çıxan texniki problem səbəbindən zavodun istismara verilməsi gələn ilin I yarısına nəzərdə tutulub.

NEZ istismara verildikdən sonra gündəlik 200 min barel, yaxud da illik 10 mln. ton neft emal edə biləcək.

“Nqişon” zavodunun quraşdırma işlərinə 9 mlrd. dollar xərclənib.

Zavod eyniadlı birgə müəssiəyə məxsusdur. Birgə müəssisədə Vyetnam dövlət şirkəti - “PetroVietnam” 25,1%, Küveytin “Kuwait Petroleum İnternational” şirkəti və Yaponiyanın “Idemitsu Kosan Co., Ltd” şirkətləri hər biri 35,1%, Yaponiyanın “Mitsui Chemical” şirkəti 4,7% payla iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi