Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib

Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib ​​​​​​​Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib
Energetika
27 Fevral , 2024 17:25
Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un quruma istinadən verdiyi məlumata görə, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həmçinin həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər.

Son xəbərlər

Orphus sistemi