Vüqar Əhmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

Energetika
  • 09 mart, 2023
  • 11:45
Vüqar Əhmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da, saat 10:00-da Hacıqabul şəhərində Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Qəbul Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən Hacıqabul Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər Hacıqabul Elektrik Şəbəkəsinə və yaxud "Azərişığ"ın 199 çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti