Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər - VİDEO

Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər - VİDEO Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Energetika
23 Yanvar , 2020 09:38
Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələrin icrasını müzakirə ediblər - VİDEO

Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Bu barədə “Report” Ukrayna hökumət başçısının saytına istinadən xəbər verir. 

V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.

V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- Zelenski vurğulayıb.

Görüşdə, həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi