Ülvi Mansurov: "Özəl sektoru dəstəkləmək üçün tənzimləyici dəyişikliklər aparılır"
- 16 iyun, 2026
- 15:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda özəl sektoru dəstəkləmək, daha çox investoru cəlb etmək və həvəsləndirmək istiqamətində mühüm tənzimləyici dəyişikliklər həyata keçirilir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədri Ülvi Mansurov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.
O bildirib ki, bura loqistika subsidiyaların aid etmək olar: "Bundan başqa ölkədə güzəştli kreditləşmə mövcuddur ki, bu da bir neçə aspektdən təkcə maliyyələşdirmə ilə deyil, həm də investorları dəstəkləmək üçün lazımi infrastruktur və lazımi tənzimləyici mühitin yaradılması ilə bağlıdır. Bu da investisiya iqlimini yaxşılaşdıran amillərdəndir".
Ü. Mansurovun sözlərinə görə, Azərbaycan kiçik bazar olsa da daha geniş region üçün bir qapı rolunu oynaya bilər: "Daha geniş regiondan danışarkən Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər bu kimi ölkələri və əraziləri nəzərdə tuturuq. Beləliklə, əgər Qərblə birlikdə Azərbaycana gəlirsinizsə, daha geniş regiona arxalana bilərsiniz".