Rusiya OPEC+ çərçivəsində, xüsusən də konkret olaraq ABŞ ilə razılaşmalara hazırdır. Neft hasilatının azaldılması tərəfdaşlıqla aparılmalıdır.
“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Biz tərəfdaşlarımızla OPEC+ formatı çərçivəsində razılaşmalara, həmçinin bu məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, bu əlaqələndirilmiş səylər, əlaqələndirilmiş istehsal nəticəsində bazarı tarazlaşdırmaq və azaltmaq üçün səyləri birləşdirmək lazımdır", - Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətlə bağlı iclasda çıxışı zamanı deyib.
O vurğulayıb ki, ilkin hesablamalara əsasən, burada söhbət həcmlərin, təxminən, gündəlik 10 mln. barelə qədər azaldılmasından gedir: “Bunun üçün də biz bu gün toplaşmışıq ki, bu məsələni müzakirə edək”.
Prezident qeyd edib ki, hər şey tərəfdaşlıqla baş verməlidir: “İnanıram ki, tərəfdaşlıq əlaqələrindən danışarkən, o zaman hamı, o cümlədən tərəfdaşlarımız da başa düşürlər ki, böhrandan əvvəl hökm sürən istehsal səviyyəsinin azalması barədə danışa bilərik, yəni bu ilin birinci rübündəki istehsal səviyyəsindən danışırıq”.