Vladimir Putin: "Neftin cari qiymətləri çox da sabit deyil"

Vladimir Putin: "Neftin cari qiymətləri çox da sabit deyil" Bakı. 15 noyabr. REPORT.AZ/ Neftin cari qiymətləri çox da sabit deyil, bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər.
Energetika
15 Noyabr , 2018 15:26
Vladimir Putin: Neftin cari qiymətləri çox da sabit deyil

Bakı. 15 noyabr. REPORT.AZ/ "Neftin cari qiymətləri çox da sabit deyil, bir çox amillərdən asılı olaraq qalxa da, düşə də bilər".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Sinqapurda jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.

Neft qiymətləri məsələsini Parisdə ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiklərini qeyd edən V.Putin OPEC+ çərçivəsində bundan sonra da çalışacaqlarını, bu formatın özünü doğrultduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, 2016-cı ilin sonunda OPEC+ formatı çərçivəsində (OPEC və bəzi qeyri-OPEC ölkələri) gündəlik neft hasilatını həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,8 milyon barel azaltmaq barədə razılıq əldə olunmuşdu. Həmin həcmin 300 min bareli Rusiyanın payına düşür.

Son xəbərlər

Orphus sistemi