Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"

Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar" “Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrlə bölüşə bilər“.
Energetika
24 Yanvar , 2020 15:53
Vladimir Kotenev: Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar
Report

“Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrlə bölüşə bilər“. 

Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a açıqlama verən “Eurusian Strategic Consulting Gmbh“ şirkətinin idarəedici direktoru Vladimir Kotenev deyib.

O, Forum çərçivəsində təşkil olunmuş "Xəzər həftəsi"nin qlobal ideyaların müzakirə və mübadiləsi baxımından əhəmiyyətli bir platforma olduğunu qeyd edib: “Mən Davosda "Xəzər həftəsi: Qlobal İdeyalar Platforması"nda bir neçə sessiya və "dəyirmi masa"da iştirak etdim. Xəzər dənizinə çıxış olmasa belə, tədbirə dəvət alan Əfqanıstan mərkəzi Asiyanı cənubi Asiyaya birləşdirən mərkəzi ölkədir. Bu platforma Əfqanıstan hökumətinə, parlamentinə, iş adamlarına Avropaya, hətta bütün dünyaya, hər bir halda Böyük Xəzər Regionu miqyasında istəklərini, problemlərini çatdırmağa imkan yaratdı və hesab edirəm ki, hamısı eşidildi. Mən 30 il diplomatiya, xarici siyasətlə məşğul olmuşam. Burda çalışdım ki, Əfqanıstanda sabitliyə nail olmaqla bütün regionda kollektiv təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətli ola biləcək tövsiyələrimi verim. Biz burda Trans-Xəzər regionunda yeni dəhlizlər mövzusunda da müzakirələr apardıq, yeni, mümkün qaz boruları haqqında fikir mübadiləsi apardıq. Türkmənistan bildiyimiz kimi böyük qaz ehtiyatlarına malikdir. Lakin son illər Azərbaycan qaz hasil edən qabaqcıl ölkələrdən birinə çevrilib. Bu səbəbdən də regionun həm qaz, həm də istifadəçiləri bir-biri ilə danışmalıdırlar. Bu platforma bu baxımdan da uğurlu oldu“

Vladimir Kotenev Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra böyük uğurlara nail olduğunu da bildirib: “Azərbaycan, ilk növbədə, Qafqazda və eyni zamanda Xəzər regionunda əsas coğrafi mövqeyə malikdir. Azərbaycan zəngin tarixə malik bir ölkədir. SSRİ dövründə Əfqanıstanda Azərbaycandan göndərilən çoxlu ekspert çalışırdı. Çünki onların eyni dini, yaxın adət-ənənələri var. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan digər respublikalar kimi öz yolu ilə getməyə başladı ki, bu yolda bu günə qədər çox böyük uğurlar əldə edib. Azərbaycan Xəzər regionunun ən varlı ölkələrindəndir. Onun əsas sərvəti neftdir. Buna görə də Avropada Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxırlar. Son illər Azərbaycan özünün qaz sənayesini də uğurla inkişaf etdirməkdədir. Bu gün Azərbaycanın artıq özünün mütəxəssisləri var. Beləliklə, Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrə ötürə bilər. Hesab edirəm ki, bu gün Azərbaycanın Rusiya ilə və ümumiyyətlə regionun digər ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir". 

Son xəbərlər

Orphus sistemi