Vitse-prezident: “BP-Azerbaijan”ın işçilərində koronavirus aşkarlanmayıb”

Vitse-prezident: “BP-Azerbaijan”ın işçilərində koronavirus aşkarlanmayıb” “Bizim platformalarımızda heç bir koronavirus xəstəsi aşkarlanmayıb”.
Energetika
11 İyun , 2020 19:05
Vitse-prezident: “BP-Azerbaijan”ın işçilərində koronavirus aşkarlanmayıb”

“Bizim platformalarımızda heç bir koronavirus xəstəsi aşkarlanmayıb”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

O qeyd edib ki, platformalarda çalışan işçilərin iki həftəlik növbələri 4 həftə ilə əvəzlənib. B.Aslanbəyli koronavirusun BP-nin əməliyyatlarına da təsir göstərmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi