Yuxarı

​Vitali Bəylərbəyov: "Aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək"

SOCAR rəsmisinin fikrincə, aşağı qiymətlər yeni texnologiyaların tətbiqini stimullaşdırır

Bakı. 4 noyabr. REPORT.AZ/ Hazırda neft-qaz sənayesi çağırışlı vaxtdadır. Bu çağırışlar həm qiymətlər, həm də geosiyasi və digər amillərlə bağlıdır. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxışında bildirib.

V.Bəylərbəyov qeyd edib ki, neft sənayesi elə sahədir ki, aşağı qiymətlər müəyyən vaxtdan sonra yüksək qiymətlərlə əvəzlənəcək: "Neft istehsalçıları texnoloji çətinliklərlə üzləşir. Amma aşağı qiymətlər də yeni texnologiyaları labüd edir. Yeni texnologiyalara hər zaman ehtiyac yaranır".

SOCAR rəsmisi konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, tədbir iştirakçılara texnoloji yeniliklərlə tanış olmağa imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi