Venesuelanın ABŞ-dakı neft şirkətinə yeni rəhbərlər təyin oluna bilər

Venesuelanın ABŞ-dakı neft şirkətinə yeni rəhbərlər təyin oluna bilər Bakı. 13 fevral. REPORT.AZ/ Venesuela müxalifətinin lideri, Milli Asambleya sədri Xuan Quaydo müşavirlərindən “PDVSA” dövlət neft şirkətinin ABŞ-dakı törəmə şirkəti olan “Citgo Petroleum Corp”da bir sıra rəhbər şəxsləri dəyişdirmək təklifini alıb.
Energetika
13 Fevral , 2019 13:36
Venesuelanın ABŞ-dakı neft şirkətinə yeni rəhbərlər təyin oluna bilər

Bakı. 13 fevral. REPORT.AZ/ Venesuela müxalifətinin lideri, Milli Asambleya sədri Xuan Quaydo müşavirlərindən “PDVSA” dövlət neft şirkətinin ABŞ-dakı törəmə şirkəti olan “Citgo Petroleum Corp”da bir sıra rəhbər şəxsləri dəyişdirmək təklifini alıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, şirkətin Direktorlar Şurasına ABŞ-da yaşayan 4 venesuelalı mütəxəssis və 2 amerikalı topmenecer təyin olunacaq. Yeni üzvlərin şirkət üzərində maliyyə və əməliyyat nəzarətini təmin etmək üçün X.Quaydo üçün xüsusi tapşırıqlar yerinə yetirəcəkləri bildirilir.

Xatırladaq ki, Avropanın 19 ölkəsi Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi