Venesuelada qaz kəmərində partlayış baş verib

Venesuelada qaz kəmərində partlayış baş verib Bakı. 9 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Venesuelanın şimalında yerləşən Araqua ştatının Markay rayonu ərazisindən keçən qaz kəmərində əvvəlcə partlayış, ardınca isə yanğın baş verib.
Energetika
9 Oktyabr , 2018 01:20
Venesuelada qaz kəmərində partlayış baş verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Venesuelanın şimalında yerləşən Araqua ştatının Markay rayonu ərazisindən keçən qaz kəmərində əvvəlcə partlayış, ardınca isə yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Nacional" qəzeti məlumat yayıb.

Bildirilir ki, yerli hakimiyyət dairələri hadisə baş verən yerə yaxın olan iki yaşayış məntəqəsinin sakinlərini təxliyyə edib. Əhali arasında zərər çəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Qəzanın səbəbləri məlum deyil. Qaz kəmərinin zədələnən hissəsi qapanıb.

PDVSA Dövlət Neft-Qaz Şirkəti hadisə ilə bağlı açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi